Xəbərlər
İnstitutun «Oksidləşdirici heterogen kataliz» şöbəsinin müdiri, akademik A.Əliyev və onun əməkdaşları «1,4-Butandiolun alınma üsulu» adlı patenti aldılar
Mart 30, 2017 | 12:50 / Mühüm hadisələr
Oxunub 4779 dəfə

İxtira həlledici kimi bəzi plastik kütlələrin, elastik liflərin və poliuretanların istehsalında geniş tətbiq sahəsinə malik olan 1,4-butandiolun alınmasına aiddir.

Hazırki ixtiranın məqsədi təbii klinoptilolit əsasında polifunksional katalizator tətbiq etməklə metandan 1,4-butandiolu almaqdan ibarətdir.

Qarşıya qoyulan məsələyə metanı 8% Mn2+, 7% Li+ və 8% Ni2+ ionları ilə modifikasiya olunmuş təbii klinoptilolit üzərində oksidləşdirməklə nail olunur. Prosses 600-8000C temperatur intervalında, reagentlərin mol nisbəti birinci reaktorda metan:oksigen=0,267÷0,536:0,178÷0,267 mol/saat, ikinci reaktorda oksigenin sərfi 0,134÷0,267 mol/saat,  həcmi sürət 16000-25200 saat-1 intervalında aparılır.

JURNALLAR
Faydalı linklər