Xəbərlər
"Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yalançı elmə qarşı AMEA-da həyata keçiriləcək tədbirlərə həsr olunub
Mart 28, 2017 | 13:46 / Görüşlər
Oxunub 5308 dəfə

29 mart 2017-ci il tarixində saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş yalançı elmi iddiaların əsl mahiyyətinin şərh edilməsi və ictimaiyyətə çatdırılması, həmçinin yalançı elmə qarşı mübarizə üzrə AMEA-da həyata keçiriləcək tədbirlərə həsr olunub.

Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyevdir.

JURNALLAR
Faydalı linklər