Xəbərlər
AMEA-nın akademiki Dilqəm Tağıyevin, k.e.d. Elza Salahovanın və b. “International Journal Of Current Research” jurnalında məqaləsi dərc olunmuşdur
Mart 15, 2017 | 12:00 / Mühüm hadisələr
Oxunub 4875 dəfə

AMEA-nın akademiki Dilqəm Tağıyevin, k.e.d. Elza Salahovanın  və b. yüksək  impakt faktorlu (IF -7,086) "International Journal of Current Research" jurnalında “Electrodeposition of Re-Cu-Se alloys from Sulphur acidic Electrolytes” məqaləsi dərc olunmuşdur.

Metal xalkogenidlərinin əsas tətbiq sahələri günəş enerjisinin, günəş batareyalarının, fotokeçiricilərin, sensor və.s alınmasıdır. Metal xalkogenidləri içərisində selenid və sulfudlər maraqlı yarımkeçiricilər olub fotorezistor və fotokeçiricilərdə istifadə olunur. Reniumun selenid və sulfidlərinin nazik təbəqələrinin asan alınma üsulu bir sıra alımlərin fikirlərini bu işə cəlb edir. Reniumun üçlü ərintilərinin alınmasına dair məlumatlar hal-hazırda beynəlxalq jurnallarda çap edilir.

Məqalədə ilk dəfə olaraq Re-Cu-Se üçlü ərintilərinin elektrokimyəvi yolla platin elektrodu üzərində tsiklik voltamperometrik yolla alınmasının nəticələri verilmişdir. Ərintinin alınması tərkibində kalium perrenat, selen oksidi və mis 2 xlorid məhlulu olan sulfat elektrolitlərindən alınmışdır. Prosesin kinetikası İVİUMSTAT aparatında tsiklik voltamperometrik yolla tədqiq edilmişdir. Üçlü Re-Cu-Se ərintisinin morfologiyası və rentgenfaza analizi öyrənilmişdir.

E.Ə.Salahova, D.B.Tağıyev, P.E.Kələntərova, K.F.İbrahimova.  “Electrodeposition of Re-Cu-Se alloys from Sulphur acidic Electrolytes” məqləsi,  "International Journal of Current Research" (IF -7,086) , volume 09, issue 01, January 2017

JURNALLAR
Faydalı linklər