Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Kanadada çap olunmuşdur.
İyn 06, 2023 | 10:59 / Nəşrlər
Oxunub 632 dəfə

İnstitutumuzun 28 saylı laboratoriyasının əməkdaşları a.e.i. Yaqub Nağıyev və AMEA-nın müxbir üzvü Eldar Zeynalovun “N-əvəzlənmiş dixlormaleinimidlərin sintezi  və  onlarin potensial qeyri-metal  oksidələşmə  katalizatorları  kimi  sinaqdan keçirilməsi” məqaləsi  2023-cü il aprel ayında Kanadada işıq üzü görmüş  Advanced Polimer Struktures-Apple Academic Press Chemistry for Engineering Applications adlı  kitabın  4-cü Sustainable and Green Chemistry hissəsinin 34 –cü bölməsində ingilis dilində dərs edilmişdir.  (Web of Science).

Məqalədə qeyd olunur ki,  bir çox sənaye  əhəmiyyətli oksidləşmə reaksiyaları üçün yüksək aktivliyə malik, təkrar istifadəyə yararlı, həmçinin,ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyan verməyən heterogen katalizatorların hazırlanması çox vacib problemlərdən biridir. Bu baxımdan aşağı temperaturlarda karbohidrogenlərin maye fazada aerob oksidləşməsi üçün katalizator kimi, tərkibində metal olmayan, asan və ucuz alına bilən birləşmələrin istifadəsi ən müasir və aktual məsələlərdən biridir. Təqdim olunan işdə istifadə olunan katalizatorlar laboratoriya şəraitində birli aminlərin dixlormalein anhidridi ilə qarşılıqlı təsiri nəticəsində sintez edilərək, təmizlənmiş, quruluşu müasir fiziki-kimyəvi analiz metodları ilə öyrənilmiş və kumolun model oksidləşmə reaksiyasında tətbiq olunmuşdur. Temperatur, katalizatorun miqdarı və reaksiyanın aparılma müddəti də daxil olmaqla reaksiyanın bir neçə parametrləri tədqiq edilmişdir. Alınmış  nəticələr göstərir ki, qeyri-metal tərkibli N-əvəzli dixlormaleinimidlərin katalitik təsiri nəticəsində   bir sıra sənaye əhəmiyyətli , qiymətli oksigenli  üzvi  məhsullar  alınır. Bu da onu sübut edir ki,sintez olunmuş imidlər kumolun maye fazada aerob oksidləşmə reaksiyasında aktiv katalitik təsirə malikdirlər. Maraqli fakt ondan ibarətdir ki, bu katalizatotlardan istifadə etməklə kumolhidroperoksid almaq olmur, çünki, reaksiya zamanı alınan hidroperoksid müvafiq üzvi məhsullara parçalanır. Sərbəst radikal mexanizmi ilə parçalanma baş verir, sistemdə əlavə aktiv mərkəzlər yaradılır və nəticədə reaksiyanın sürəti də artır. Lakin zaman keçdikcə alınmış reaksiya məhsullarının təsiri altında reaksiya sürəti əsaslı sürətdə zəifləyir. Katalizatorların daha yüksək aktivliyi 100°C-dən yuxarı temperaturlarda qeyd olunmuşdur. Sonda  oksidləşmə prosesi nəticəsində  alınan oksidatlarda məhsullar kütləxromatoqrafiya üsulu ilə analiz olunmuşlar. Qeyd olunan  tədqiqat bizə istifadə olunan katalizatorların kumolun oksidləşmə reaksiyasında katalitik aktivliyə malik olduğunu göstərməklə yanaşı, prosesin  hansı istiqamətdə aparılması haqqında məlumat verir.

JURNALLAR
Faydalı linklər