Xəbərlər
Foto
İnstitutumuzda “Elmi məqaləni necə yazmalı?!” adlı seminar keçirilmişdir
May 25, 2023 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 1816 dəfə

1 saylı laboratoriyanın elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Günel Əzimova gənc tədqiqatçıların elmi təqdimat bacarıqlarının və beynəlxalq bazalarda indeksləşən jurnallarda çapolunmanın artırılması məqsədilə “Elmi məqaləni necə yazmalı” adlı seminar keçirmişdir. Günel Əzimova seminarda “Məqalənin strukturu”, “Keyfiyyətli məqalə necə olmalıdır”, “Məqalənin tərtibinə qoyulmuş tələblər”, “Jurnalda etik standartlar”, yerli və xarici jurnalların ümumi standartları” və s. kimi maraqlı mövzulara toxunmuşdur.

Seminarda praktikantlar, magistrantlar, doktorantlar, eyni zamanda institutun bir sıra təcrübəli əməkdaşları da iştirak etmişlər. Sonra auditoriya tərəfindən mövzu haqqında verilən suallara Günel Əzimova ətraflı cavab vermişdir. Çıxış etdiyi məruzə dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Gələcəkdə bu cür seminarların tez-tez keçirilməsi nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər