May 17, 2023 | 09:42 / Konfranslar, iclaslar
16.05.2023-cü il tarixində İnstitutun AKT zalında“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz” və “Kompozisiya materialları kimyası” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II kurs magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinin ilkin müzakirəsi “Qeyri-üzvi funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Nano- və elektrokataliz” və “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbələrinin iştirakı ilə keçirildi.
“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə
- Bayramova Flora Şəmsəddin qızı k.ü.f.d.,dos. Leyla Məşədiyevanın rəhbərliyi ilə “Argirodit mineralının sintetik analoqları əsasında yeni dəyişən tərkibli fazaların alınması və tədqiqi”, Səfərli Aygün Natiq qızı k.ü.f.d.,dos. Şahnaz Qəhrəmanovanın rəhbərliyi ilə “Cu (II), Mn (II) metal duzlarının müxtəlif donor əsaslı liqandlarla komplekslərinin sintezi və katalitik xüsusiyyətlərinin öyrənilməsi”, Quluzadə Aysel Xaqani qızı k.ü.f.d.,dos. Aygün Rüstəmovanın rəhbərliyi ilə “Dəmir və manqanın oksid səthlərə çökdürülmüş metal-tsiklopentadien komplekslərinin termiki xassələrinin tədqiqi” mövzuları,
“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə
- Ağamalıyeva Bəsti Elçin qızı k.ü.f.d.,dos.Ulduz Məmmədovanın rəhbərliyi ilə “Koherent-sinxronlaşmış reaksiyalar aspektində kiçik molekullu alkenlərin hidrogen peroksidlə biomimetik monooksidləşməsi”, Kərimli Gülnar Habil qızı k.ü.f.d.,dos. Sevinc Osmanovanın rəhbərliyi ilə “Fe(Co)-La-Bi-O tərkibli üçlü oksid katalizatorlar üzərinə adsorbsiya olunmuş metanolun izotermik və dinamik rejimlərdə termodesorbsiyasının tədqiqi”, Babayev Elçin Hüseyn oğlu k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi ilə “Benzolun selektiv hidrogenləşməsi üçün kvaternizə olunmuş poli-4-vinilpiridin və Ni əsaslı nanokataliza-torların yaradılması” mövzuları,
“Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə
- Quliyeva Lalə Şahin qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Səthilegirləmə üsulu ilə karbonlu poladlar üzərində xrom karbitlərinin formalaşdırılmasının tədqiqi”, Museyibli Könül Qənbər qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Termodiffuziya üsulu ilə azkarbonlu poladlar üzərində korroziyaya davamlı titan karbid örtüklərinin formalaşdırılmasının tədqiqi”, Əliyeva Elmira Fehruz qızı k.ü.f.d.,dos. Sevda Fətullayevanın rəhbərliyi ilə “Modifi-kasiya olunmuş xitozan və nikel əsasında polimer sorbentlərin yaradılması” mövzuları üzrə çıxışlar dinlənildi. Sonra onlara bəzi məsləhətlər verildi və sonraki mərhələyə daha ciddi hazırlaşmaları tövsiyə olundu.