
May 16, 2023 | 11:00 / Maraqlı məlumatlar
Tanınır: Radioaktiv izotopları ayırmaqla polonium və radium kəşf edilmişdir.
Ən yüksək mükafatlar : Fizika (1903) və kimya (1911) üzrə Nobel mükafatı.
Mariya Küri orta təhsilini yerli məktəblərdə, bəzi elmi təhsili isə atasından almışdır. Onun əri Pyer Küri ilə ilk təcrübələri az təchiz olunmuş laboratoriyada və çətin şəraitdə aparırdi. Tədqiqat aparmaqla yanaşı, onlar dolanmaq üçün tələbələrə dərs deyirdilər.
19-cu əsrin sonunda Mariya Küri radioaktiv qalıqlardan kifayət qədər radium ayırmaq texnikasını icad etdi. Bu, ona həmin elementin müalicəvi xüsusiyyətlərini ətraflı öyrənməyə imkan verdi.
Onun işi bir çox elmi jurnallarda işıqlandırılıb və o, bir çox fəxri elmi və hüququ dərəcələri alıb. eləcə də dünyanın müxtəlif yerlərində olan qurumların fəxri üzvü seçilib.
1903-cü ildə "radioaktivlik" nəzəriyyəsini inkişaf etdirdiklərinə görə Mariya Küri və əri fizika üzrə Nobel mükafatına layiq görüldülər. 1911-ci ildə Mariya Küri iki radioaktiv elementin : polonium və radiumun kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Mariya Küri Nobel mükafatı alan və iki fərqli sahədə mükafat qazanan ilk qadın idi. O, kəşfini patentləşdirmədiyi üçün yeni yaranan radium biznes işindən çox az gəlir əldə etdi.
Birinci Dünya Müharibəsi zamanı Küri cəbhədə yaralananların diaqnostikasında istifadə oluna bilən mobil rentgen aparatları üçün texnologiya hazırladı. Petits Curies kimi tanınan bu çihazlar, bu gün flüoroskopiya aparatlarında istifadə edilənlərə bənzəyir və həkimlərə orqanizmdə udma hərəkətlərini və ya ürəyin nasos funksiyası kimi bədəndəki hərəkət təsvirlərini təhlil etməyə imkan verir.