Xəbərlər
Rumıniya Petroşani şəhərində UNIVERSITAS nəşriyyatında çap olunan çoxmüəllifli “Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı monoqrafiyanın bir fəsli institutumuzun əməkdaşları tərəfindən yazılmışdır.
May 15, 2023 | 15:50 / Nəşrlər
Oxunub 577 dəfə

“Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı fəsildə ətraf mühitin çirkləndiriciləri haqqında məlumat verilir, göstərilir ki, kimyəvi çirklənmənin əsas mənbələri sənaye, energetika, nəqliyyat və kənd təsərrüfatı məhsullarıdır. Həmçinin, təbii ehtiyatların işlənilməsi, emalı və istifadəsi zamanı yaranan tullantılarla ətraf mühitin çirklənməsi haqqında fəsildə geniş məlumat verilir. Qeyd olunur ki, kimyəvi çirkləndiricilərə ətraf mühitdə mövcudluğu yolverilməz olan (civə, civə birləşmələri, radioaktiv elementlər və s.) təhlükəli və ya yüksək dərəcədə zəhərli maddələr və birləşmələr daxildir. Monografiyada çirkləndiricilərin - karbon birləşmələrinin ( CxOy ), kükürd birləşmələrinin ( SxOy ), azot birləşmələrinin ( NxOy ), karbohidrogen məhsullarının, flüor birləşmələrinin və ağır metalların tərkibi təqdim olunur.

Zenfira Agayeva, Hijran Rafieva, Sevinj Bayramova, Leyla Abdullayeva, Elvin Jabarov  “Key trends of integrated innovation-driven scientific and technological development of mining regions”. UNIVERSITAS nəşr., Petroşani, 2023. 659s.

JURNALLAR
Faydalı linklər