Xəbərlər
Foto
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında tədris təcrübələri keçirlər
May 08, 2023 | 10:51 / Təhsil
Oxunub 1164 dəfə

Tələbələrə “Nanokompozit  katalizatorlar“ laboratoriyasında fotometrik analiz üsulu ilə sənaye şəraitində Fe3+ ionlarının sorbsiyası üçün effektiv absorbentlərin işlənib hazırlanması və tədqiqi haqqında geniş məlumat verilmiş və onlar əyani olaraq təcrübələrin aparılmasında iştirak etmişlər.

Sonra tələbələr “Metal – klatrat birləşmələr” laboratoriyasında mis ftalat dipridin adduktunun alınması üçün aparılan reaksiya məhlulundan çökmüş monokristalların ayrılması prosesi ilə tanış olmuşlar. Həmçinin, “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasında yodometrik metodla Cu2+  ionlarının təyini onların iştirakı ilə aparılmışdır.

Tələbələrə laboratoriya şəraitində maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri əyani göstərilmiş və izah edilmişdir. Onlar sonra “Analitik kimya” laboratoriyasında kompleks birləşmələrinin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış olmuş və təcrübələrin aparılmasında iştirak etmişlər.

Tədris təcrübəsi mayın 25-nə kimi davam edəcəkdir.

JURNALLAR
Faydalı linklər