Xəbərlər
Foto
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilmişdir
Mart 09, 2017 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 3689 dəfə

9 mart 2017-ci il tarixində AMEA Kataliz və Qeyri üzvi Kimya İnstitutunun akt zalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilmişdir. Gündəlikdə duran məsələlər haqqında iclas iştirakçılarına məlumat verən Şura sədri, dosent Famin Salmanov bu yaxınlarda AMEA Rəyasət Heyəti tərəfindən 2016-cı il üzrə illik hesabatın, həmçinin, 2017-ci il üzrə ümumi Fəaliyət Planının təsdiq olduğunu vurğuladı. O bildirdi ki, cari ildə də ənənəvi tədbirlər davam etdiriləcək, əlavə olaraq bir sıra yeni layihələr reallaşdırılacaq: "Belə layihələrdən biri Şuranın təşəbbüsü ilə ərsəyə gələn və AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsi ilə birgə həyata keçirilən magistrantlarının elmə marağının artırılmasını hədəfləyən "Magistr-2017" müsabiqəsidir. Artıq xəbər verildiyi kimi müsabiqə ilə bağlı hazırlıq işləri tam başa çatmış və elan da verilmişdir".

Növbəti qeyri ənənvi layihənin "Texnostar" adlı inovativ layihə müsabiqəsi ilə bağlı olduğunu deyən F.Salmanov AMEA Yüksək Texnologiyalar Parkı ilə müştərək hazırlıq işlərinə başlandığını dedi.

Ölkəmizdə baş tutacaq "Bakı 2017 İslam Həmrəyliyi Oyunları"na həsr olunan "İslam ölkələrin gənc alimlərin beynəlxalq konfransı" haqqında söz açan GAMŞ sədri dedi ki, 24-28 aprel 2017-ci il tarixdə təşkil olunacaq bu möhtəbər tədbir AMEA və AR Gənclər və İdman Nazirliyinin müştərək elmi tədbiri olacaq: "AMEA tərəfdən təşkilati işləri Gənc Alim və Mütəxəssislər Şurası yerinə yetirəcək. Bu konfransın da yüksək səviyyədə keçirilməsi üçün yerli şura sədrləri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, konfransın prioritet mövzularına uyğun gənclərin iştirakını təmin etməlidirlər".

F. Salmanov gündəlikdə duran digər məsələlər - "Azərbaycan Gənc alimlərin I Qurultayı", ənənəvi futbol çempionatına hazırlıqla bağlı fikirlərini bildirdi və tapşırıqlarını verdi., eləcə də  bəzi institutlarda seçilən yerli Şura sədləri iclas iştirakçılarına təqdim olundu.

Gündəlikdə səsləndirilən bu və digər məsələlərlə bağlı Şura üzvləri öz fikir və rəylərini bildirdi, təkliflərini səsləndirdilər.

JURNALLAR
Faydalı linklər