Xəbərlər
Uillard Frank Libbi (1908-1980)
Apr 13, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 496 dəfə

Tanınır: Radiokarbon tarixinin müəyyənləşdirilməsinin işlənib hazırlanması.

Ən yüksək mükafatlar:Kimya üzrə Nobel mükafatı(1960), Albert Eynşteyn mükafatı (1959).

Uillard Libbi  radiokimya sahəsində mütəxəssis idi. İkinci Dünya Müharibəsindən sonra o,karbon-14-dən istifadə edərəküzvi birləşmələrin tarixinin müəyyənləşdirilməsi metodunu işləyib hazırladı. Karbon Yer üzərindəki  bütün canlıların əsas komponentidir.  Onun  iki izotopu  mövcuddur: karbon-12 (sabit) və karbon-14 (radioaktiv). Libbi, karbon-14 tərkibindən  istifadə edərək  fosillərin və arxeoloji qalıqların yaşını təyin etmək üçün bir metod işləyib hazırladı. Bu işinə görə o, 1960-cı ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.  Libbi həmçinin təyin etdi ki, tritiumdan  da (hidrogen-3, hidrogenin nadir və radioaktiv izotopu) suyun tarixini müəyyənləşdirməkdə istifadə oluna bilər. İndi şərabın yaşını təyin etmək üçün bu üsuldan geniş istifadə olunur.

new-science.ru

JURNALLAR
Faydalı linklər