Xəbərlər
Uilyam Frensis Ciok (1895 - 1982)
Apr 10, 2023 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 588 dəfə

Tanınır: Mütləq sıfıra yaxın temperaturda maddələrin öyrənilməsi

Ən yüksək mükafatları: Kimya üzrə Nobel mükafatı (1949), Elliotd  Kresson medalı (1937)

O, bir çox təcrübələr aparmış və 1933-cü ilə uğurla 0,25 Kelvin(-272,9 °C) temperaturu  əldə etmişdir. Bu təcrübələrlə o, termodinamikanın üçüncü qanununu da təsdiqləmişdir. Burada deyilir:  Temperatur  0 Kelvinə yaxınlaşdıqca sistemin entropiyası  sabit qiymətə yaxınlaşır.  Bu işə görə Uilyam  Frensis Ciok 1949-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Ciokunın  tədqiqatları mütləq sıfıra yaxın temperatur və ya maqnit sistemləri ilə məhdudlaşmırdı. Karyerasının ilkin mərhələlərində o, halogen turşularının  aşağı temperaturdan yüksək temperatura keçidinin istilik tutumlarını və  keçid temperaturlarını təhlil etmişdir. O, istilik tutumunda  olan anomaliyaları dəqiq aşkar etmiş və dəm qazı   molekulu üçün təsadüfi molekulyar oriyentasiyaları təyin etmişdir. Onun kəşfləri polad, şüşə, rezin və benzin kimi maddələrin istehsalının təkmilləşdirməsinə  səbəb olmuşdur. Onun nailiyyəti isə uzun müddət dərsliklərdə qalacaq.

new-science.ru

JURNALLAR
Faydalı linklər