Xəbərlər
Foto
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında tədris təcrübələri keçirlər.
Apr 10, 2023 | 10:32 / Təhsil
Oxunub 1605 dəfə

“Biomimetik sensorlar və azot-1-oksid ilə oksidləşmə” laboratoriyasında TPhPFe3+/Al2O3/Pb biomimetik sensorun kataliz aktivliyi potensiometrik metodla müəyyən edilməsi və tədqiqatlar nəticəsində H2O2-in 10-6 kütlə faizinin təyin olunması əyani olaraq tələbələrə göstərilmiş, “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasında homotsiklik birləşmələrdən istifadə edərək katalizatorların alınması üzrə reaksiyalar aparılmışdır.

“Analitik kimya” laboratoriyasında Gülü Abbasova tələbələri üzvi liqandların və komplekslərin sintezi prosesi ilə tanış etmiş, tələbələr qlisinhidrazid və 5-bromsalisil aldehidi əsasında sintez olunmuş liqandların manqanla kompleksinin alınması prosesini müşahidə etmişlər.

“Kompozisyon örtük materialları və korroziyadan mühafizə” laboratoriyasında metalın və ərintinin korroziya sürətinin temperaturdan, məhlulun qatılığından, fırlanma sürətindən və ya hidrodinamik şəraitdə işləyən qurğu əyani olaraq  tələbələrə göstərilmişdir. Eyni zamanda fosfat anionlarının sorbsiyası üçün “Nanokompozit katalizatorlar” laboratoriyasında karbonitrad əsasında bir sıra adsorbentlərin sintez olunması prosesində tələbələr yaxından iştirak etmişlər. 

Bundan başqa, tələbələr “Nadir metalların  kompleks birləşmələri” laboratoriyasında bioloji liqandlarla Mn(II), Cu(II), Co(II) kompleks birləşmələrin müxtəlif reaksiyalarını aparmış, alınmış birləşmələrin bəzi xassələrini fiziki-kimyanın müxtəlif metodları ilə öyrənmişlər.

JURNALLAR
Faydalı linklər