Xəbərlər
Akademik Dilqəm Tağıyev «Химия и технология воды» jurnalının baş redaktoru tərəfindən jurnalın beynəlxalq redaksiya heyətində iştirak etmək üçün dəvət edilmişdir
Mart 02, 2017 | 09:30 / Mühüm hadisələr
Oxunub 5261 dəfə

Ukrayna Milli Elmlər Akademiyasının A. V. Dumanski adına «Kolloid Kimyası və  suyun kimyası» İnstitutunun direktoru, «Химия и технология воды» jurnalının baş redaktoru, Ukrayna MEA–nın akademiki, k.e.d., professor V. V. Qonçaruk akademik Dilqəm Tağıyevə məktubla müraciət edərək, adı çəkilən jurnalın nəşriyyat sənədlərinin yeniləşdirilməsi ilə əlaqədar onun bu sahədə tanınmış alim olduğunu qeyd etməklə jurnalın beynəlxalq redaksiya şurasında iştirak etmək üçün razılıq verməsini xahiş etmişdir.

Bu jurnal  1979-cu ildən institutun bazasında təşkil olunmuş və xaricdə «Springer»  ilə əməkdaşlıq edən Pleiades Publishing və «Allerton Press», Inc.» (ABŞ) nəşriyyatları tərəfindən tam tərcümə edilir və «Journal of Water Chemistry and Technology» adı ilə yayılır. Jurnal aşağıdakı bölmələr üzrə orijinal elmi nəzəri və eksperimental məqalələr dərc edir: elmdə su haqqında  yenilik ; suyun işlənməsi və texnologiyasının nəzəri əsasları; suyun işlənməsi proseslərinin fiziki kimyası ; suyun analitik kimyası; təbii və çirkab sularının analizi; suyun mineralsızlaşdirilıması və su hazırlığının texnologiyası; suyun təmizlənməsinin bioloji metodlari; təbii sular.

Hal-hazırda jurnal aşağıdakı bazalarda indeksləşdirilir; SCOPUS, Web of Science: Science Citation Index Expanded , Academic OneFile, ASFA, Chem Web, Compendex, CSA/Proquest, EMBiology, Expanded Academic, GeoRef, Google Scholar, Inspec, OCLC,Summon by Serial Solutions.

Nəşriyyat sənədlərinin yenidən tərtib olunması ilə əlaqədar Sizdən, bu sahədə tanınmış ixtisasçı alim kimi, Beynəlxalq  Redaksiya Heyətində iştirak etmək üçün razılıq verməyinizi xahiş edirik. (fax ya da E-mail).

JURNALLAR
Faydalı linklər