Xəbərlər
Foto
Yasamal rayonunda “Heydər Əliyev ili” çərçivəsində agacəkmə aksiyası keçirilib
Apr 06, 2023 | 10:32 / Yubileylər
Oxunub 2789 dəfə
Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin deputatı Ülvi Quliyev, Bakı Dövlət universitetinin rektoru Elçin Babayev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP-ın Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon bələdiyyəsinin məsul əməkdaşları, Kataliz və Qeyri -üzvi Kimya İnstitutunun ərazi partiya təşkilatlarının sədr, sədr müavini və fəallar iştirak ediblər.
Aksiya çərçivəsində 200 ədəd eldar şamı ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
JURNALLAR
Faydalı linklər