Xəbərlər
Harold Kleyton Yuri (1893 - 1981)
Apr 06, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 514 dəfə

Tanınır: Deyterium adlı hidrogenin  ağır formasının kəşfi

Ən yüksək mükafatlar: Kimya üzrə Nobel mükafatı (1934), Priestley medalı (1973).

1923-cü ildə fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Harold Yuri izotopların ayrılması  problemi üzərində işləməyə başladı. O, hidrogendə  müxtəlif  izotoplarının olub-olmaması ilə maraqlanırdı. Problemi həll etmək üçün o, hidrogen, karbon, oksigen, azot və kükürdün daha nadir izotoplarını ayırmaq üçün bir üsul hazırladı.1932-ci ildə o, maye hidrogeni distillə edərək hidrogenin izotopunu uğurla  ayıra bildi. Bu izotop deyterium adlandırıldı və o adi hidrogendən iki dəfə ağır idi. Yuri göstərdi ki, tərkibində deyterium (ağır su) olan su adi sudan fərqli xassələr  malikdir. 1950-ci illərin sonlarında Yuri  kosmos elmi ilə maraqlanmağa başlamış,  “Apollon”  Aydan nümunələri geri gətirəndə, onları laboratoriyada analiz etmişdir.

new-science.ru

JURNALLAR
Faydalı linklər