Xəbərlər
Alessandro Volta (1745 - 1827)
Apr 05, 2023 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 543 dəfə

Tanınır: Metanın kəşfi və qalvanik batareyanın ixtirası

Ən yüksək mükafat: Kopli medalı (1794)

Alessandro Volta elektrik və energetika  sahəsində qabaqcıl işləri  ilə tanınır. Si sistemində elektrik potensial vahidi volt onun tərəfinə adlandırılmışdır. O, karyerasının çox hissəsini fizika professoru olsa da, kimya sahəsində də qeyri-adi tədqiqatlar aparıb. 1770-ci ilin sonunda o, tərkibində bir karbon atomu və dörd hidrogen atomu olan ən sadə karbohidrogen  metanı kəşf etdi. 1799-cu ildə Volta davamlı olaraq elektrik cərəyanını təmin edə bilən ilk elektrik batareyanı (galvanik batareya adlanır) icad etdi. Bu batareya ilə o, elektrik enerjisinin kimyəvi yolla istehsal oluna biləcəyini sübut etdi və o zamanlar məşhur olan elektrik enerjisinin yalnız canlılar tərəfindən istehsal olunduğu nəzəriyyəsini təkzib etdi. Onun tədqiqatları digər alimləri də oxşar təcrübələr aparmağa ruhlandırdı və nəticədə fiziki kimyanın yeni bir sahəsinin - elektrokimyanın inkişafına səbəb oldu.

new-science.ru

JURNALLAR
Faydalı linklər