Xəbərlər
Dofamin
Apr 04, 2023 | 09:45 / Maraqlı məlumatlar
Oxunub 634 dəfə

Dofamin— İnsan bədəninda təbii yaranan kimyəvi maddədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dofamini ifraz edən hüceyrələr var. Dofamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dofamin ifraz edilə bilmir. Dofamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir. Kimyəvi formulu belədir:

C6H3(OH)2-CH2-CH2-NH2.(emprik formulu C8H11NO2) Kimyəvi adlandırılması "DA" şəklindədir.

 

 

Dofaminin quruluş formulu

 

Dilqəm Tağıyev, Asif Məmmədov "Duyğularımız və kimya". Bakı: Elm, 2022, 190 s.

JURNALLAR
Faydalı linklər