Xəbərlər
Alimlər atom qüvvə mikroskopunun ölçüsünü kiçik çip ölçüsünə qədər azaltmışdılar
Mart 01, 2017 | 10:35 / Maraqlı məlumatlar
Oxunub 4964 dəfə

Dallasdakı Texas Universitetinin tədqiqatçıları, atom qüvvə mikroskopunun (Atom Force Microscope, AFM)  kiçik  bir variantını yaratdılar. Çipin ölçüsü kiçik naminal pula bərabərdir. Ölçünün azalmasından başqa,  müxtəlif materialların xassələrini müəyyən etmək üçün istifadə edilən cihazın qiymət cədvəli əsaslı dəyişiliklərə məruz qaldı. Bu isə onu hətta çox böyük olmayan elmi-tədqiqat və təhsil laboratoriyalari üçün daha əlverişli etmişdir.

Doktor Reza Moxeimani demişdir: “Standart atom qüvvə mikroskopu mürəkkəb elektronika, çoxlu sayda nəzarət zənciri və əks əlaqəli, yüksək keyfiyyətli  aşağı  səs gücləndiricili çoxlu mexaniki hissələrdən ibarət böyük və mürəkkəb alətdir.” “Biz mümkün dərəcədə bunu miniuma endirməyə və hamısını bir balaca çipin səthində yerləşdirməyə nail olduq”. 

JURNALLAR
Faydalı linklər