Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
Mart 31, 2023 | 10:28 / Konfranslar, iclaslar
Oxunub 1408 dəfə

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” lab. aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva Peers Alley Media tərəfindən təşkil olunmuş və onlayn formatda keçirilən Profilaktik Tibb və İctimai Sağlamlığın Gələcəyi üzrə 3-cü Beynəlxalq Konfransda (3rd International Conference on Future of Preventive Medicine & Public Health, Barcelona, Spain, March 30-31, 2023) “Bir sıra ağır metal ionlarının selektiv sorbsiyası üçün xitozan əsaslı polimer enterosorbentlərin alınma üsulunun hazırlanması (Development of the preparation method of chitosan-based polymer enterosorbents for selective sorption of a number of heavy metal ions)” mövzusu üzrə məruzə etmişdir. Beynəlxalq konfranslarda dünya lideri olan Peers Alley Media beynəlxalq məruzəçilər, tədqiqatçılar, müəllimlər və dünyanın hər yerindən maraqlı tərəflər kimi sənaye mütəxəssisləri üçün görüş nöqtəsi kimi xidmət edən illik konfranslara uğurla ev sahibliyi edir. Bu illik konfranslar 50-dən çox ölkədən tədqiqat laboratoriyalarını, tibb, səhiyyə və əczaçılıq mütəxəssislərini, təhsil müəssisələrinin işçilərini, assosiasiyalar və cəmiyyətləri, elm adamları, professorlar, tədqiqatçılar, tələbələr və məzunları profilaktik tibb və səhiyyənin bütün spektrini əhatə edir.

S.Fətullayeva institutda bu istiqamətdə apardığı tədqiqat işi barədə, o cümlədən, sintez olunan xitozan əsaslı enterosorbentlər haqqında geniş məlumat vermişdir. S.Fətullayeva auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermiş və apardığı tədqiqat işinin nəticələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

JURNALLAR
Faydalı linklər