Xəbərlər
Alimlər suyun fenoldan təmizlənməsi üçün təkmilləşdirilmiş fotokatalizator təklif ediblər
Mart 16, 2023 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 572 dəfə

Fenollar yer üstü sularının ən çox yayılmış çirkləndiricilərindəndir. Mənbə olaraq ən çox neft emalı, şist emalı, ağac kimyası, koks kimyası, anilin və boya sənayesinin müxtəlif müəssisələrinin tullantıları göstərilir. Fenollu suların su hövzələrinə və su axarlarına axıdılması onların ümumi sanitar vəziyyətini kəskin pisləşdirir, çünki bu birləşmələr zəhərli təsirə malikdirlər və suda həll olunan oksigeni intensiv şəkildə mənimsəyirlər, bu da su hövzələrinin mövcudluğuna  mənfi təsir göstərir.

Sənaye çirkab sularının fenol tərkibli birləşmələrdən təmizlənməsi ən vacib və eyni zamanda həlli çətin olan problemlərdən biridir. Bu, çirklənmiş suların  müxtəlif kimyəvi tərkibləri və onların əmələ gəlmə şəraiti ilə bağlıdır. Eləcə də təmizlənmənin texnoloji prosesinə əməl edilməsinin  mürəkkəbliyi və çətin tapılan reagentlərin istifadəsi, onların sonrakı bərpası və yaranan zəhərli tullantıların atılması zərurəti ilə bağlı yüksək iqtisadi xərclər. Bu baxımdan, fenol tərkibli çirkab suların təmizlənməsi üçün yeni effektiv texnologiyaların axtarışı çox aktual tədqiqat sahəsidir.

Rusiya alimləri Çindən olan həmkarları ilə birlikdə suyun ən çox yayılmış və zəhərli çirkləndiricilərdən biri olan fenoldan təmizlənməsi üçün yeni perspektivli fotokatalizator təklif ediblər. Alimlərin heksaqonal  bor nitrid əsasında təklif etdiyi material ultrabənövşəyi işığa məruz qaldıqda, fenolu  artıq insanlar üçün zərərsiz olan karbon qazına qədər oksidləşdirir. Digər fotokatalizatorlarla müqayisədə bor nitrid yüksək kimyəvi dayanıqlığa malikdir və strukturun modifikasiyanı dəyişməklə onun xassələrini  asanlıqla tənzimləmək mümkündür. Tədqiqatın nəticələri “Journal of Water Process Engineering” jurnalında dərc olunub.

https://poisknews.ru/themes/himiya/uchyonye-predlozhili-uluchshennyj-fotokatalizator-dlya-ochistki-vod-ot-fenola/

JURNALLAR
Faydalı linklər