Xəbərlər
Alimlər metallik hidrogeni itirdi
Fev 24, 2017 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 4827 dəfə

Bu yaxınlarda, onillik uğursuz cəhdlərdən sonra, alimlər ilk dəfə laboratoriyada metallik fazada hidrogen əldə edə bildilər.

Lakin, indi unikal mikposkopik nümunə yox olub.  İndependent xəbər verir ki, azquvvəli lazer vasitəsilə təzyiqi ölçmək istədikdə qurğuda nə isə baş verdi: miniatür almazlardan biri dözmədi və toz halına düşdü.  Bu toz içində ölçüsü təxminən 1,5 x 10 mkm olan nümunə itə bilər. Çox güman ki, almazın dağılmasından və təzyiqin düşməsindən sonra hidrogen yenə də qaza çevrildi. Nəzəriyyə qabaqcadan xəbər verir ki, o, öz stabilliyini saxlamalıdır. Lakin, bu belə deyilsə, praktikada metallik hidrogeni yüksək keçirici kimi istifadə etmək ümidi ketdikcə azalır.

JURNALLAR
Faydalı linklər