Xəbərlər
AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyində iştirak edəcəklər
Fev 21, 2017 | 12:00 / Mühüm hadisələr
Oxunub 4687 dəfə

2017-ci il fevral ayının 22-də Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan Ümumi yığıncaq keçiriləcək.

Yubiley tədbirində iştirak etmək üçün AMEA-nın vitse-prezidenti v.i.e., akademik Dilqəm Tağıyev və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov Qazaxıstanda rəsmi səfərdədirlər.

Qeyd edək ki, böyük ənənələrə və zəngin təcrübəyə malik Qazaxıstan Elmlər Akademiyası dünya elminə dəyərli töhfələr vermiş nüfuzlu elm ocağıdır. AMEA ilə bu qurum arasında mövcud olan sıx əməkdaşlıq ildən-ilə inkişaf edərək daha da möhkəmlənir.

JURNALLAR
Faydalı linklər