Xəbərlər
"Quyruqlu" silikon, ətir və dəri istehsalı üçün maddələr ayırmağa imkan verəcəkdir
Fev 28, 2023 | 14:57 / Maraqlı məlumatlar
Oxunub 538 dəfə

Rus kimyaçıları üzvi birləşmələr - aldehidləri ayırmaq üçün əczaçılıq, tibb, qida və kosmetika sənayesində istifadə edilən silisium tərkibli siloksan birləşməsinə əsaslanan membranlar hazırlayıblar. Müəlliflər başlanğıc maddənin strukturuna hidroksil qruplarını əlavə edərək,nəticədə membranlardan karbon qazı və aldehidləri yüksək seçiciliklə keçirməyə nail olmuşlar. Alimlərin apardıqları tədqiqatlar nəticəsində qaz-maye qarışıqlarının ayrılmasına sərf olunan xərcləri azaltmaqla aldehidlərin istehsalında resursların sərfi azalacaq. Rusiya Elm Fondunun  qrantı ilə dəstəklənən işin nəticələri Polymers jurnalında dərc olunub.

mendeleev.info

JURNALLAR
Faydalı linklər