Xəbərlər
Dənizdəki neft axıntılarını təmizləmək üçün unikal Rusiya preparatı yaradıldı
Fev 27, 2023 | 11:24 / Maraqlı məlumatlar
Oxunub 566 dəfə

Neft  axıntılar nəticəsində su səthində neft  təbəqəsi əmələ gəlir ki, bu da uzun məsafələrə yayılaraq sahilyanı zonalara çata bilir, ekoloji və sosial-iqtisadi cəhətdən xeyli ziyan vurur.

Hazırda dünyada neft dağılmalarına qarşı daha mütərəqqi, fiziki-kimyəvi vasitələrdən olan dispergentindən  geniş istifadə olunur.

Dispergentin  hərəkəti nefti kiçik damcılara ayırmaqdan ibarətdir ki, onlar suyun dərin qatında  sürətlə dağılır, ardınca təbii biodeqradasiya baş verir. Bu cür vasitələrin istifadəsi dünya praktikasında ətraf mühitin mühafizəsi baxımından məqbuldur və neft axıntılarını yüksək effektli təmizlənməsi üsulu kimi tanınır.

Rus alimlərinin qarşıya qoyduğu məqsəd müəyyən temperaturda və suyun duzluluğunda yüksək dispersiya effektinə  və aşağı toksikliyə malik birləşmə hazırlamaq idi.

Bu alimlər tərəfndən hazırlanmış dispergent, temperaturu + 10o 30°C arasında duzluluqu  5 - 30 % arasında olan aşağı dəniz dalğalarında belə suyun səthindən nefti effektiv şəkildə təmizləyir. Moskva fizika-texniki institutunun Mineral Ehtiyatlar üzrə Mühəndislik Mərkəzinin laboratoriyasının elmi qrupu bu preparata patent alıb.

https://www.nanonewsnet.ru/

JURNALLAR
Faydalı linklər