Xəbərlər
Südlü qəhvə müalicəvi xüsusiyyətlərə malikdir
Fev 24, 2023 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 524 dəfə

Journal of Agricultural and Food Chemistry jurnalında dərc olunan məqalədə Danimarkadakı Kopenhagen Universitetinin tədqiqatçıları qəhvənin tərkibində hüceyrələrin zədələnməsinin qarşısını alan və qocalmanı ləngidən polifenolların olduğunu bildirirlər.Onları polifenolların xassələri, yəni qəhvənin tərkibində digər kimyəvi elementlərlə birlikdə olan antioksidantlar maraqlandırıb.Xüsusilə, onlar polifenolların amin turşuları ilə qarşılıqlı təsirini öyrəndilər. Xatırladaq ki, sonuncular zülalların "tikinti blokları"nı təşgil edir.

Polifenollar  sərbəst radikalları bir-biriylə birləşdirir və bədəndən çıxarılır. Beləliklə,onlar hüceyrənin  zədələnməsinin və məhv olmasının qarşısını alırlar. Hüceyrələrin bu şəkildə qorunması sayəsində qocalma prosesi ləngiyir və müxtəlif təhlükəli xəstəliklərin, o cümlədən II tip diabet, Alzheimer və Parkinson xəstəliklərinin inkişafının qarşısı alınır.

https://hi-news.ru/

JURNALLAR
Faydalı linklər