Xəbərlər
Alimlər hidrogen enerjisi üçün yüksək temperaturlara daha davamlı katalizator hazırlayıblar
Fev 22, 2023 | 10:12 / Maraqlı məlumatlar
Oxunub 567 dəfə

Hidrogen-  mütərəqqi texnoloji proseslər üçün bərpa olunan  və əsas hesab edilən təmiz enerji mənbəyidir. Onu əldə etməyin ekoloji cəhətdən ən təmiz yolu atmosferə karbon qazının buraxılmasına səbəb olmayan  elektrolizdir, yəni elektrik cərəyanının təsiri altında su molekullarının parçalanmasıdır.  Onun həyata keçirilməsi üçün kimyəvi prosesləri əhəmiyyətli dərəcədə sürətləndirən elektrokatalizatorlar tələb olunur. Onlardan ən yaxşısı olduqca bahalı platin metaldır.

Hal-hazırda dünyada daha ucuz alternativlər üçün intensiv axtarış aparılır və ən aktiv , əlçatan materiallardan biri molibden disulfid MoS2-dir, lakin onun struktur modifikasiyalarından yalnız biri yüksək katalitik aktivlik nümayiş etdirir. Problem ondadır ki, sənaye şəraitində 80°C-yə qədər qızdırıldığında belə,o aşağı aktivliyə keçir. Buna görə də alimlər molibden disulfidin katalitik xassələrini yaxşılaşdırmaq üçün onun aktiv formasının dayanıqlığını artırmaq yollarını axtarırlar.

 Rus alimləri problemi həll etməyə yaxınlaşdılar  və göstərdilər ki, materialın monolaylarında mənfi yükün mövcudluğunu təmin etməklə arzu olunan struktur modifikasiyasının sabitliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Kimyaçılar hidrogen istehsalı üçün perspektivli katalizatorları almaq üçün molibden disulfidin hibrid qatlı birləşmələrini təkmilləşdirmişlər. Tədqiqatlar göstərdi ki, molibden disulfidin katalitik aktiv forması onlarda daha çox dayanıqlığı olur və yüksək temperaturda öz xassələrini saxlayır. Bu, sudan hidrogenin çıxarılmasının səmərəliliyini artırmağa və hidrogen energetikasinin inkişafına  kömək edəcəkdir.

Rusiya Elm Fondunun (RSF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri “International Journal of Hydrogen Energy” jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/

JURNALLAR
Faydalı linklər