Xəbərlər
Foto
"Sabahın alimləri” XII respublika müsabiqəsinin bağlanış mərasimi olub
Fev 16, 2023 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 1297 dəfə

Fevralın 15-də “Sabahın alimləri” XII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Tədbirdə I, II və III yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub.

Edu.gov.az

JURNALLAR
Faydalı linklər