Xəbərlər
Ekoloji xəstəliklər, onların əmələ gəlməsi və növləri
Fev 14, 2023 | 10:10 / Maraqlı məlumatlar
Oxunub 1078 dəfə

Son illəri ekologiyanın pozulması səbəbindən əmələ gələn xəstəliklərin sayı hədsiz miqdarda artıb. Ekoloji xəstəliklər aşağıdakı səbəblərdən meydana gəlir:
* Havanın çirklənməsi (havada CO,CO2, SO, NO-un və s. miqdarının normadan 10 dəfə artıq olması)
* Radiasiyanın yüksəlməsi
* Kənd təsərüffatı sahələrində kimyəvi maddələrin həddindən çox istifadə edilməsi
* Məişət kimyasının inkişafı
Yuxarıda yazılanların təsirindən insanlarda əvvəllər məlum olmayan xəstəliklər meydana çıxmışdır:
1 Kimyəvi astma
* aspirin astması
* sulfit astması
* nitrit astması
2 Kireş sindromu
* zavodlarda mal-qara üçün istehsal edilən yarımsintetik tullantıların təsiri nəticəsində uşaqlarda əmələ gələn astma
3 Minemat xəstəliyi
* dəniz məhsullarında olan metil-civənin təsiri nəticəsində mərkəzi sinir sisteminin zədələnməsi, spastik ifliclər və əqli çatışmazlıq
4 Yuşo xəstəliyi
* bitki yağlarının tərkibindəki bifenilaminin təsiri nəticəsində dərinin zədələnməsi
5 Ümumi immun depressiya - " kimyəvi QİÇS "
* dioksinlər və ağır metal duzlarının təsiri nəticəsində əmələ gəlir
Ətraf mühitin mənfi təsirləri insan orqanizmində özünü aşağıdakı əlamətlərlə göstərir:
- süstlük
- baş ağrıları
- qarında ağrılar
- arterial distoniya
- EKQ-də dəyişikliklər
- tədricən inkişaf edən ikincili immundefisit

Milli.Az

JURNALLAR
Faydalı linklər