Xəbərlər
Bor nitrid tullantı sularını antibiotiklərdən təmizləyəcək
Yan 30, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 618 dəfə

Rus alimləri bor nitridi əsasında məhlullardan antibiotikləri tuta bilən örtük hazırlayıblar. Material 7-14 gün ərzində preparatı 100%   çıxarır və təkrar istifadə edilə bilir. Bu tədqiqat  tullantı sularının antibiotiklərdən təmizlənməsinə kömək edəcək.

Antibiotiklər tibbdə və kənd təsərrüfatında patogen bakteriya və göbələklərlə mübarizədə geniş istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, 2000-2015-ci illər arasında onların dünyada istifadəsi 91% artıb. Eyni zamanda, antibiotiklərin istehsalı və istifadəsi zamanı onlar tez-tez çirkab sularına  düşürlər ki, bu da mikroorqanizmlərdə bu dərmanlara qarşı müqavimətin artmasına kömək edir. Bu, öz növbəsində, hətta sadə bakterial infeksiyaların müalicəsini qeyri mümkün edə bilir. Çirkab sularını  çirkləndirən ən çox yayılmış antibiotiklər tetrasiklin və amoksilinindir. Bu günə qədər bəzi mikroorqanizmlərin onlara qarşı həssaslığını itirdiyinə dair sübutlar var, ona görə də tullantı sularının antibiotiklərdən təmizlənməsi  çox çətin aktual məsələdir.

Milli Tədqiqat Texnoloji Universitetinin alimləri tullantı sularının antibiotiklərdən təmizlənməsi üçün yüksək səmərəli və ucuz, təkrar istifadə edilə bilən material hazırlayıblar. Bunun üçün müəlliflər atomları altıbucaq  şəklində birləşən bor nitrid əsasında silisium daşıyıcında  nanostrukturlu örtüklər sintez ediblər. Bu "bal pətəkləri" kimyəvi cəhətdən sabitdir və antibiotikləri saxlamağa qadirdirlər. Müəlliflər tərəfindən təklif olunan materialın dizaynı – daşıyıcının üzərinə qoyulmuş "tutma" təbəqəsi - sənayedə  istifadə etmək üçün son dərəcə rahat olacaqdır.

Alimlər materialın istifadə edilən ən çox yayılmış dörd antibiotiki - tetrasiklin, siprofloksasin, amoksisillin və amfoterisin B-ni saxlamaq qabiliyyətini sınaqdan keçiriblər. Bunun üçün bor nitrid örtükləri preparatlarla birlikdə məhlullara batırılıb və antibiotikin örtük üzərində nə qədər müddətdə çökəcəyi müəyyən edilib.

“Alimlər müəyyən ediblər ki, terapevtik dərmanların tutulması  sürəti ətraf mühitin turşuluğundan və təcrübənin aparıldığı məhlullarda antibiotiklərin konsentrasiyasından asılıdır. Beləliklə, məhlulun tam təmizlənməsi neytral mühitdə turşu və qələvi mühitə nisbətən iki dəfəyə qədər daha sürətli baş verdiyi, eyni zamanda, tetrasiklinin konsentrasiyasından asılı olaraq 7-10 gün, siprofloksasin üçün 8-11 gün, amoksisillin üçün 10-12 gün, amfoterisin B üçün isə 11-14 gün vaxt tələb olunduğu çirkab suları neytral turşuluq səviyyəsinə malik olduğundan, bor nitridin orada daha səmərəli  surətdə işləyəcəyi müəyyən edildi”.

Bundan başqa, müəlliflər göstərdilər ki, bor nitrid örtükləri müxtəlif üzvi həlledicilərdən, o cümlədən spirtlərdən istifadə edildikdə, onların üzərinə çökdürülmüş antibiotiklərdən tez təmizlənir. Təmizlənmə prosesindən  sonra material nəzərdən keçirilən bütün preparatları  tutmaq qabiliyyətini saxlayır. Lakin  materialın  işləmə səmərəliliyi bir qədər azalır(  5-15% -ə qədər).

Rusiya Elm Fondunun (RSF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/nitrid-bora-ochistit-stochnye-vody-ot-antibiotikov-28-12-2022.htm

JURNALLAR
Faydalı linklər