Xəbərlər
Təhlükəsiz radioizotop məhsulların istehsalı üçün yeni üsul təklif edilmişdir.
Yan 26, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 696 dəfə

Uzaq Şərq Federal Universitetinin  alimləri tərəfindən açıq ionlaşdırıcı şüalanma mənbəyi  şəklində təhlükəsiz radioizotop məhsullarının istehsalı üçün yeni texnoloji üsul təklif edilmişdir. Bu məhsullardan kosmos, tibbi, radiasiya, nüvə, tikinti, resurs hasilatı və bir çox başqa texnologiyalar üçün mühüm qurğular yaratmaq mümkün olacaq. Məsələn, radionuklidli termoelektrik generatorlar və istilik qurğuları.

Yüksək Texnologiyalar və Qabaqcıl Materiallar İnstitutunun məlumatına görə, alimlər  innovativ texnologiyaları birləşdirərək stronsium-90 radioizotopunun təhlükəsiz immobilizasiyası üçün perovskit konstruksiyasından təbii  keramikaya bənzər  materialı istehsal ediblər və nəticədə əldə edilən keramika materialını aktiv keramika zonasının daşıyıcısı kimi çıxış edən möhkəm və radiasiyaya davamlı titan ərintisindən hazırlanmış metal çərçivəyə birləşdiriblər.

“Açıq tipli radionuklid mənbəyinin istehsalı, radionuklidli nüvə polad  daşıyıcıda yerləşdikdə və atmosferlə təmasda olduqda, perovskit keramikasından istifadə etməklə həyata keçirilməsi məqsədəuyğundur. Belə keramika matrisləri yüksək nisbi sıxlığa və mexaniki xüsusiyyətlərə malikdir, həmçinin radionuklidi öz daxilində  möhkəm saxlayır, onun ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısını alır. Bununla belə, məhsulun bütövlüyünü qoruyarkən keramika ilə polad arasında güclü əlaqənin formalaşması son dərəcə mürəkkəb texnoloji prosesdir.

“Tədqiqatın nəticələri yenidir və dünya səviyyəli qabaqcıl infrastruktur üzərində hazırlanır. Bunlar yeni materialların quruluşunun  və xassələrinin  öyrənilməsi üçün unikal elmi qurğuların yaradılması, habelə yeni keyfiyyət və təyinatlı hazır məhsulların istehsalı üçün yüksək texnologiyalı istehsal avadanlıqlarıdır.

ISM (ionlaşmış şüa mənbəyi)  istehsal, istismar və sonradan saxlama zamanı davamlı yüksək keyfiyyətə nəzarət edilən radiasiya təhlükəsi olan məhsullar sinfinə aiddir. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) kimi tənzimləyici orqanlar radiasiyaya məruz qalma və ətraf mühitin çirklənməsi risklərini minimuma endirmək üçün mövcud məhsulların istifadəsini ciddi şəkildə məhdudlaşdırır və yeni alternativ materialların və ISM (ionlaşmış şüa mənbəyinin) quruluşunun işlənib  hazırlanmasına tələbləri artırır.

Təbii keramikaya bənzər materialın  sintezinin kimyəvi prosesini və onun təhlilini xarakterizə etmək üçün Uzaq Şərq Federal Universitetinin alimləri sinxrotron tədqiqat metodlarından  istifadə etdilər.

Sinxrotron "RIF"(Rus foton mənbəyi ) beş prioritet sahədə fəaliyyət göstərəcək: həyat haqqında elmlər, fizika materialşünaslıq və dünya okeanların istifadə edilməsi  rəqəmsal inkişaf və sosial-humanitar tədqiqatlar. Qurqu ali təhsil sisteminin inkişafına təkan verəcək, elmi tədqiqatların keyfiyyətinə müsbət təsir göstərəcək və yüksək texnologiyalı sənaye sahələrində istehsalın artımını stimullaşdıracaq: kosmik sənayesi, aviasiya sənayesi, avtomobil nəqliyyatı, əczaçılıq, neft  - qaz sənayesi, biotibb və nanoelektronika.

Tədqiqatlar Rusiya Elm Fondunun Prezident Tədqiqat Layihələri Proqramının qrantı və Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi  ilə dəstəkləndi. Nəticələr Ceramics International jurnalında  dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/predlozhen-novyi-sposob-dlya-proizvodstva-bezopasnoi-radioizotopnoi-produkcii-20-12-2022.htm

JURNALLAR
Faydalı linklər