Xəbərlər
Kimya Elmləri Bölməsinin institutlarında hesabat ilində mühüm nəticələr əldə edilib
Yan 25, 2023 | 09:30 / Konfranslar, iclaslar
Oxunub 743 dəfə

Hesabat ilində Kimya Elmləri Bölməsinin institutlarında 12 problemi əhatə edən 42 mövzu və 117 iş üzrə tədqiqatlar aparılıb.

Bunu AMEA Rəyasət Heyətinin yanvarın 24-də keçirilən iclasında Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev söyləyib. Akademik bildirib ki, hesabat ilində AMEA-nın Kimya Elmləri Bölməsinin elmi müəssisələri və respublikanın kimya elmləri sahəsində digər elm və təhsil müəssisələrində fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində 50 mühüm elmi və tətbiqi xarakterli nəticələr əldə edilib. İnstitutlar tərəfindən təklif edilən 5 iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib, müsbət nəticələr əldə olunub.

 

JURNALLAR
Faydalı linklər