Xəbərlər
Foto
Elmi Şuranın iclası keçirilmişdir
Fev 09, 2017 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 7559 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev acdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi. İlk məsələ İnstitutun laboratoriyalarının 2017-ci il üçün elmi-tədqiqat işlərinin planının və işçi proqramlarının təsdiqi oldu. Akademik Dilqəm Tağıyev bildirdi ki, bu il 3-illik təsdiq olunan mövzular  üzrə tədqiqat işləri artıq yekunlaşır və hesabatlar  iyun ayında dinləniləcək. Daha sonra elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunmuş dissertantların mövzuları geniş müzakirə olunaraq təsdiq olundu. Hər iki məsələ haqqında akademik Dilqəm Tağıyev öz təklif və tövsiyələrini verdi. Akademik Dilqəm Tağıyev cənab prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyində kimyaçılar qarşısında qoyduğu məsələlərə diqqəti yönəldərək bir daha vurğuladı ki, növbəti 3 il üçun təklif olunacaq elmi-tədqiqat işlərində  Respublika iqtisadiyyatına tövhə verə biləcək  və tətbiq  perspektivləri olan işlərə üstünlük verilməlidir.

Sonra akademik Dilqəm Tağıyev bildirdi ki, bu ilin iyun ayında  AEA-nın müxbir üzvlərindən Heydər Əfəndiyevin 110 illiyinə, noyabr ayında isə Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan konfranslar keçiriləcək. Bununla əlaqədar hazırlıqla bağlı işlərin vaxtında görülməsi məqsədilə Təşkilat Komitəsi yaradılmalıdır. Elmi Şura hər iki konfransın Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonda institutun bir neçə əməkdaşına dosent elmi adının verilməsi üçün səsvermə keçirildi və bu barədə Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması haqqında qərar qəbul olundu.

 

JURNALLAR
Faydalı linklər