Xəbərlər
Xərçəng daha erkən aşkarlana bilər – ABŞ-da türk alimlərindən səs-səda doğuran yenilik
Yan 18, 2023 | 09:34 / Mühüm hadisələr
Oxunub 666 dəfə

ABŞ-da Stanford Universitetinin Kanar Xərçənginin Erkən Diaqnostikası Mərkəzində təcrübəsini davam etdirən prof. Utkan Demirci və dos. Gözde Durmuş inkişaf etdirdikləri fərqli texnologiyalarla xərçəngi erkən mərhələdə diaqnoz və müalicə etməyi hədəfləyirlər.   

Prof. U.Dəmirçi, xərçəng nanovesiküllərini və ekshaustomaları qandan ayıraraq xərçəngin erkən aşkarlanması üzərində işləyir. Bu veziküllər adi gözlə və ya mikroskopla görülə bilməyəcək qədər kiçik olsalar da, xərçənglə bağlı qiymətli məlumatlar ehtiva edirlər.  

G.Durmuş inkişaf etdirdiyi bu texnologiyanın xərçəng hüceyrələrini maqnit sahəsində böyüdərək ayırdığını açıqlayıb.  

U.Dəmirçi qeyd edib ki, mərkəzdə üzərində çalışılan texnologiyalardan biri də qanda dövran edən və gözlə, hətta işıq mikroskopları ilə görünməyən nano ölçülü hissəciklərin tədqiqi və bunlardan hansının xərçəng hüceyrələrindən gəldiyini görmək üçün texnologiyadır.  

İnkişaf etdirilən texnologiyalardan birinin də "Çipli körpə" kimi tanınan sperma seçmə texnologiyası olduğunu bildirən Dr. Demirci, bunun Türkiyədə də aktiv şəkildə istifadə edildiyini deyib. 

G.Durmuş Radiologiya şöbəsinin Molekulyar Görüntüləmə Bölməsində xəstəliklərin erkən diaqnozu ilə bağlı araşdırma apardıqlarını da söyləyib. O, inkişaf etdirdikləri texnologiyaları həm xərçəng, həm də dünyada sağlamlığı təhdid edən yoluxucu xəstəliklərə tətbiq etdiklərini izah edib. 

Dr. Durmuş inkişaf etdirdikləri texnologiyanın sınaq mərhələsində olduğunu, Almaniya və ABŞ-da bəzi xərçəng araşdırma mərkəzlərində sınaqdan keçirildiyini və cavabın müsbət olduğunu bildirib: 

"Bizim etməyə çalışdığımız şey əvvəlcə tədqiqatçılar üçün bu hüceyrələri qandan müəyyən etmək, onları çox asanlıqla ayırmaq və biologiyasını anlamaq üçün bir vasitə hazırlamaqdır. Hazırda bazarda bu hüceyrələri qandan çox asan və səmərəli şəkildə ayıra biləcək texnologiya yoxdur. İlkin məqsədimiz xərçəng tədqiqatlarına kömək etməkdir. Qeyd etdiyim təsdiqləri almaq və xərçəng mərkəzindəki həkimlərə təqdim etmək." 

aztibb.az

JURNALLAR
Faydalı linklər