Xəbərlər
Kimyaçılar hüceyrələr üçün yüksək dəqiqliyə malik termometr yaratdılar.
Yan 13, 2023 | 10:29 / Maraqlı məlumatlar
Oxunub 596 dəfə

Rusiya alimləri suda həll olunan fosfor porfirinin əsasında istifadəsi asan olan “hüceyrə termometri” hazırlayıblar. Bu işləmə  metabolik proseslərin daha səmərəli öyrənilməsinə, həmçinin hüceyrələrə porfirinlərin geniş spektrinin çatdırılması üçün fosfor birləşmələrinin istifadəsinə imkan verəcək.

Bioloji sistemin vəziyyətinin əsas xüsusiyyətlərindən biri temperaturdur. Temperaturu və onun dinamikasını submikron  miqyasda dəqiq ölçməklə hüceyrə və molekulyar fəaliyyəti ilə bağlı qiymətli məlumatlar əldə etmək olar. Hüceyrədaxili temperatur canlı hüceyrə üçün əsas parametrdir, çünki biokimyəvi reaksiyaların sürətini müəyyən edir. Müasir infraqırmızı termometriya adətən hüceyrədaxili temperaturu deyil bioloji nümunələrin səthinin temperaturunu təyin etməyə kömək edir.  

Alimlər ilk dəfə fosforlu porfirin birləşmələri əsasında canlı hüceyrədə bilavasitə işləyə bilən və temperaturu 0,10C dəqiqliklə təyin edə bilən lüminessent istilik sensoru sintez ediblər. Eyni zamanda paralel olaraq porfirin molekullarını hüceyrəyə çatdırmaq üçün sadə üsul  müəyyən edilib. Məlumdur ki, porfirin sinfinin çoxsaylı birləşmələri şişlərin fotodinamik terapiyası, həmçinin antibakterial terapiya üçün dərman kimi istifadə olunur. Onların istifadəsi üçün ilkin şərt, adətən mürəkkəb  sintetik yanaşmalarla əldə edilən suda həll olma qabiliyyətidir. İşin müəllifləri molekullara fosfor(V) katyonunu daxil etməklə bu problemin effektiv həllinin mümkünlüyünü göstərmişlər.

İşin nəticələri beynəlxalq Sensors and Actuators A: Physical jurnalında dərc olunub. İş Rusiya Elm Fondu tərəfindən dəstəklənib (No 19–13-00410P).

JURNALLAR
Faydalı linklər