Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan ses­siyası başladı.
Yan 06, 2023 | 11:25 / Konfranslar, iclaslar
Oxunub 2135 dəfə

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan ses­siyası 2023-cü il yanvar ayının 5-dən 2023-cü il fevral ayının 2-dək davam edəcək.

II kurs

05.01.2023-cü il tarixində “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə “Ekoloji kataliz” fənnindən (müəllim k.e.d.,prof. Arif Əfəndi) imtahan keçirildi.  

06.01.2023-cü il tarixində “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə “Bərk cisimlər kimyası” fənnindən (müəllim AMEA-nın müx.üxvü Məhəmməd Babanlı) imtahan keçirildi.   

I kurs

06.01.2023-cü il tarixində “Qeyri-üzvi kimya”,“Fiziki kimya” və “Kimyəvi kinetika və kataliz” ixtisaslaşmaları üzrə “Kristallokimya” fənnindən (müəllim k.ü.f.d.,dos. Vaqif Qasımov) imtahan keçirildi.   

JURNALLAR
Faydalı linklər