Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin və şöbə müdiri professor Asif Məmmədovun “Duyğularımız və kimya” adlı kitabı nəşr olunmuşdur
Dek 28, 2022 | 12:26 / Nəşrlər
Oxunub 816 dəfə

Kitab duyğularımız, hisslərimiz və zahir olan emosiyalarımızın kimyəvi maddələr və onların çevrilmələri arasında əlaqəsinin tədqiqinə həsr olunmuşdur. Təqdim edilən kitab elmi-populyar xarakter daşıyır. Kitabın əsasını müxtəlif dillərdə yazılmış kitab və elektron mənbələr təşkil edir. Tərcümələr zamanı müəlliflərin üslubunu saxlamağa çalışmışıq. Belə ki, ədəbiyyat materiallarının əksəriyyəti elmi səviyyəsi ilə yanaşı yüksək bədii romantik üsluba malikdir. Kitab geniş oxucu kütləsinə ünvanlansa da, onlardan müxtəlif sahələrin mütəxəssisləri tədris prosesində istifadə edə bilərlər.

D.B.Tağıyev, A.N.Məmmədov “Duyğularımız və kimya”. Elm nəşriyyatı. 2022,190 s.

JURNALLAR
Faydalı linklər