Xəbərlər
E vitamini və onun faydaları
Dek 23, 2022 | 15:00 / Maraqlı məlumatlar
Oxunub 1553 dəfə

E Vitamini çox güclü bir antioksidandır. Hüceyrə quruluşunun pozulmasının qarşısını alır, yaraların yaxşılaşmasını sürətləndirir, xərçəngə qarşı qoruyucu təsirə malikdir. Damar sərtliyinə və laxtalanmaya mane olur, dərini gözəlləşdirir. İmmun sistemini gücləndirir, göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədənə daxil olan ağır metallar, zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorumanı təmin edir. Yaşlanmaqla bağlı yaddaş itkisinin (Alzheimer) qarşısının alınmasında müsbət təsiri olduğu sübut edilmişdir.
E vitamini hansı qidalarda mövcuddur?
Taxıll bitkiləri , ispanaq, balqabaq, kələm, kahı kimi yaşıl tərəvəzlərdə, zeytun yağı, balıq yağı, fındıq, qoz, ton balığı, sardina, yumurta sarısı, pomidor və kartofda bol miqdarda E vitamini olur. Əsasən də bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını böyük nisbətdə qarşılamaqdadır.
E vitamini çatışmadıqda orqanizmdə aşağıdakı əlamətlər meydana çıxır:
- qansızlıq
- gözdə zəifləmələr
- asan yorulma
- yaraların gec sağalması və s.
E vitamini çatışmazlığı ürək xəstəlikləri və xərçəng riskini də artırır. 
Gündəlik E vitamini ehtiyacı körpələrdə 5 - 6 mg, 4 - 11 yaş arasındakı uşaqlarda 7 mg və 12 yaşından böyüklərdə isə 8-10 mg təşkil edir.
Milli.Az / news.milli.az

JURNALLAR
Faydalı linklər