Xəbərlər
Foto
Akademik Dilqəm Tağıyev Beynəlxalq konfransda iştirak edib
Dek 16, 2022 | 12:11 / Konfranslar, iclaslar
Oxunub 2623 dəfə

Rusiya Elmlər Akademiyasının Sibir Elmi Bölməsində (Novosibirsk, Elmi şəhərcik) keçirilən II Beynəlxalq konfransda (II Международная конференция Евразийские трансграничные экономические и научно-технические взаимодействия, 12-14 декабря 2022 года) iştirak etmiş və plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Aakademiyası arasında elmi-texniki əməkdaşlıq, onun perspektivləri və əsas istiqamətləri, o cümlədən, “Elmi-texniki əməkdaşlıq haqqında razılaşma”, “Elm, elmi-tədqiqatlar, innovasiyalar və təhsil sahəsində Yol xəritəsi” imzalanmış, və nəhayət, 29 mart 2022-ci ildə “REA və AMEA arasında elmi-texnoloji əməkdaşlıq haqqında rusiya-azərbaycan mərkəzinin yaradılması haqqında” Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəynin Qərarı, və eləcə də, AMEA-nın Beynəlxalq əlaqələri haqqında məruzə etmişdir.

Beynəlxalq konfransda REA və Sibir Böıməsindən savayı Çin, Monqolustan, Belarus, Kazaxstan, Özbəkistan, Qırğızıstan, REA-nın Ural və Uzaq Şərq Elmi Bölmələrinin nümayəndələri fəal iştirak etmişlər. Məruzələrdə əsas diqqət Rusiyanın Asiyada həmsərhəd olduğu ölkələr və regionlarla qarşılıqlı əlaqəsi haqqında analiz və təhlillərə, perspektivlərə diqqət verilmiş və qeyd edilmişdir ki, Avrasiya məkanının rolu elm və innivasiyalar sahəsində getdikcə artır.

Konfrans iştirakçılarının Akademparka ekskursiyası, son 10-15 ildə görülən işlər və əldə edilən nailiyyətlər haqqında məlumatlar böyük maraqla qarşılandı. Sibir vilayətində (müxtəlif şəhərlərdə) 12 texnopark fəliyyət göstərir. Akademik şəhərcikdə yerləşən, 9000-ə yaxın əməkdaşı, kifayət qədər böyük ərazisi və 330-a yaxın rezidenti olan akademparkın əsas istiqamətləri informasiya texologiyaları, cihaz qayırma, biotibb və nanostrukturlaşmış materiallardır. Biznes inkubatoru, injinirinq mərkəzi və müvafiq infrastrukturu olan akademparkda bir çox şirkətlər fəaliyyət göstərir. Proqramda nəzərdə tutulan “dairəvi masa” iclasında həmin şirkətlərin, rusiya- belorus texnoparkı (“Великий камень”), rusiya-çin və rusiya-kazaxstan texnoparkları haqqında direktorlar çıxışlar etdilər və mövcud problemlər haqqında fikir mübadiləsi aparıldı.

Novosibirsk və Tomsk Dövlət Universitetlərinin rektorlarının məruzələrində elmi tədqiqatlar üçün kadrların hazırlanması ilə bağlı onların təcrübələri haqqında maraqlı fikirlər səsləndirildi.

Rusiyanın və digər ölkələrin nüfuzlu alımləri iştirak edən belə konfranslarda iştitak yeni informasiya almaq və təcrübə ilə tanış olmaq baxımından səmərəli sayila bilər. Hiss olunurdu ki, Azərbaycana maraq və Azərbaycanla elmi əlaqələr yaratmaq meyli güclüdür.

JURNALLAR
Faydalı linklər