Xəbərlər
Matris və lif arasındakı zəif əlaqə kompozit materialın möhkəmliyini artırdı
Dek 15, 2022 | 15:00 / Maraqlı məlumatlar
Oxunub 1788 dəfə

Rus alimləri sübut ediblər ki, alüminium matrisli və karbon lifli kompozitin davamlılığı onun komponentlərinin əlaqə  gücündən asılıdır. Məlum olub ki, onlar arasındakı sərhədin davamlılığı azaldıqda, kompozitin davamlılığı, əksinə, çatların yayılmasının qarşısının alınması səbəbindən artır. İşdə təklif olunan bu hadisənin riyazi şərhi bu cür kompozitlərin xassələrini proqnozlaşdırmağa, eləcə də onların praktiki tətbiq dairəsini genişləndirməyə imkan verəcəkdir.

Aviasiyada, maşınqayırmada və gəmiqayırmada adi metallar əvəzinə tez-tez müxtəlif fiziki xassələrə  malik bir neçə komponentdən ibarət kompozitlər istifadə olunur, məsələn,bu  metal və qeyri-metalın birləşməsi ola bilər. Bu cür birləşmələr materiala onun tərkib hissələrinin  malik olduğu xassələrdən fərqli yeni xassələr verir: daha çox bərklik, aşınmaya qarşı davamlılıq,  elektromaqnit xassələri və s.

Kompozit materialların bir çox növləri var, onlardan biri lifli kompozit materiallardır. Onlar bərkitmək üçün zəruri olan ikinci komponentin nazik iplərinin batırıldığı bir matrisdən, yəni əsas materialdan ibarətdir. Beləliklə, matrisin rolunu polimerlər, metallar və ya keramika yerinə yetirə bilərlər. "Möhkəmləndirici" kimi adətən karbon, silisium karbid, bor və ya şüşə liflər istifadə olunur. Bu əlaqələndirmə  nəticəsində kompozit yüksək möhkəmlik, sərtlik və daha yüngül çəki əldə edir, nəticədə ondan raketlərdə, təyyarələrdə və digər güc daşıyıcı strukturlarda istifadə edilə bilir.

Rusiya alimləri lifli kompozitin komponentləri arasındakı sərhədin xassələri dəyişdikdə onun möhkəmliyinin necə dəyişdiyini tədqiq ediblər. Müəlliflər matris kimi alüminium və qalay ərintisindən istifadə etdilər, karbon lifi isə möhkəmləndirici rolunu oynadı. Beləliklə, karbon sapları ultrasəs işlənməsinə məruz qalan metal ərintisindən keçmək şərtilə uzadıldı və nəticədə kompozit məftil yarandı. Fiziklər kompozit  ayrılma sərhədinin  xassələrini 300°C-dən 600°C-yə qədər qızdırılmaqla dəyişdirdilər. Bundan sonra alınan nümunələrin möhkəmliyini  və dağılma xassələrini tədqiq etdilər.

 Məlum oldu  ki, temperatur artdıqca karbon liflərinin səthi kiçik alüminium karbid kristalları ilə örtülür. Nəticədə, komponentlər arasındakı  sərhədin möhkəmliyi daha yüksək olur, lakin kompozit məftilin  möhkəmliyi  tədricən azalır. Komponentlər arasındakı güclü əlaqə ona gətirib çıxarır ki, yük altında olan materialda çat yarandıqda, o, yalnız ilkin yarandığı müstəvidə yayılır. Nəticədə, kompozit sürətlə dağılır. Əksinə, "zəif" sərhəd çatın artmasına mane olur və onun üçün bir növ dayandırıcı rolunu oynayır və onun yayılması mürəkkəb tragektoriya üzrə baş verir ki, bu da kompozitdəki lifin davamlılığ  potensialını tam şəkildə  sərf etməsinə imkan verir.

Tədqiqat kompozitin mexaniki xüsusiyyətlərini təyin edən ən vacib parametrlərdən birinin - sərhədin möhkəmliyini nümayiş etdirir. Bu məlumatların şərhi sayəsində metal matrisli lifli kompozitlərin möhkəmliyinin riyazi modelinin yaradılması istiqamətində irəli getmək mümkün olmuşdur.

Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Metals jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/slabaya-svyaz-mezhdu-matricei-i-voloknom-uvelichila-prochnost-kompozitnogo-materiala-09-11-2022.htm

JURNALLAR
Faydalı linklər