Xəbərlər
Miqrenin beyindaxili boşluqlarda genişlənmə ilə əlaqəsi aşkarlanıb.
Noy 28, 2022 | 14:13 / Maraqlı məlumatlar
Oxunub 762 dəfə

Alimlər ilk dəfə ultrayüksək keyfiyyətli tomoqrafiya aparatında miqrenli xəstələrin beynini tədqiq ediblər. Müəyyən edilib ki, beyindən keçən damarları əhatə edən və beynin təmizləməsində iştirak edən boşluqlar genişlənib. Bunun xəstəliyin nəticəsi və ya onun səbəblərindən biri olduğu ehtimal edilir.

Cənubi Kaliforniya Universitetindən olan alimlər maqnit-rezonans tomoqrafiyasının köməyi ilə miqrendən əziyyət çəkən pasiyentlərin beynini tədqiq etdikdə sağlam insanlarla müqayisədə, onlarda perivaskulyar boşluqların - mərkəzi sinir sisteminin damarlarını əhatə edən, eləcə də beyin və orqanizmin digər hissələri arasında maddələrin daşınmasında iştirak edən çatların əhəmiyyətli dərəcədə genişləndiyini müşahidə ediblər.  

Perivaskulyar boşluqların genişlənilməsi demensiya da daxil olmaqla beynin zədələnmələri kimi nevroloji xəstəliklərin əhəmiyyətli diaqnostik əlaməti hesab edilir. 

Perivaskulyar boşluqlar metabolizmin beyində toplanan məhsullardan təmizlənməsində böyük rol oynayır. Ehtimal olunur ki, bu boşluqların genişlənməsi bu təmizləmənin pozulmasına şahidlik edir və miqrenin inkişafına aparır. Digər tərəfdən, onun daha dərin dəyişikliklərin nəticəsi olduğu güman edilir.

Müəllif: Səadət Abdullayeva

Aztibb.az

JURNALLAR
Faydalı linklər