Xəbərlər
Foto
Akademik Vaqif Abbasovun anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib
Noy 25, 2022 | 15:35 / Konfranslar, iclaslar
Oxunub 2346 dəfə

Bu gün Bakı Ali Neft Məktəbinin Konqres zalında AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun anadan olmasının 70-ci ildönümünə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açıb.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademik Vaqif Abbasovu 70 illik yubileyi münasibətilə təbrik edərək, ona AMEA-nın Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş “Yusif Məmmədəliyev adına xatirə nişanı”nı təqdim edib.

Sonra akademik Vaqif Abbasovun həyat və fəaliyyəti haqqında Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru, texnika elmlər doktoru Nizami Mürsəlovun məruzəsi dinlənilib.

Daha sonra tədbir iştirakçılarından Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri Sadiq Qurbanov, Etibar Əliyev və universitet rektorları, akademiklər çıxış edərək akademik Vaqif Abbasovu yubileyi münasibətilə təbrik ediblər.

Sonda akademik Vaqif Abbasov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

www.science.gov.az 

JURNALLAR
Faydalı linklər