Xəbərlər
Kimyaçılar porfirin zəncirlərini molekulyar maqnitlərə çevirdilər. Bu işdə onlara atom -güc mikroskopu kömək etdi.
Noy 25, 2022 | 15:15 / Maraqlı məlumatlar
Oxunub 699 dəfə

Çindən olan kimyaçılar qızılın səthində poliporfirin zəncirlərini sintez etdilər, sonra isə onlardan molekulyar kvant maqnitləri düzəltdilər. Atom güc mikroskopundan istifadə edərək, onlar poliporfirinlərin bir neçə mövqeyində hidrogen atomlarını qopartdılar və nəticədə yaranan porfirin radikalları ya kvant ferromaqnitləri, ya da antiferromaqnitlər olduğu müəyyən edildi.

Porfirinlər  bir-biri ilə  çoxlu sayda ikiqat rabitə ilə əlaqədə  olan  elektronları delokallaşmış heterotsiklik molekullardır. Hər porfirin halqasında dörd azot atomu var, onların bölünməmiş  elektron cütləri molekulun mərkəzinə doğru yönəldilmişdir. Bunun sayəsində porfirinlər asanlıqla keçid və nadir torpaq metalları ionları ilə komplekslər əmələ gətirirlər və onların əsasında molekulyar maqnitlər yaratmaq mümkündür, onların maqnitliyi keçid metalının cütləşməmiş elektronları ilə bağlıdır.Bu maqnitlər yalnız çox aşağı temperaturda kvant səviyyəsində məlumat saxlamaq üçün istifadə edilə bilər. Buna görə də kimyaçılar metal ionları olmayan bir-biriylə bağlı porfirin halqalarının zəncirləri əsasında molekulyar maqnit əldə etməyin yollarını axtarırlar.

Beləliklə, Şanxay Universitetindən olan  alimlər atom güc  mikroskopundan istifadə edərək maqnit porfirin zəncirini əldə etmək qərarına gəldilər.

Tədqiqatın nəticələri  Nature Chemistry  jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2022/khimiki-prevratili-porfirinovye-tsepi-v-molekulyarnye-magnity-v-etom-im-pomog-atomno-silov

JURNALLAR
Faydalı linklər