Xəbərlər
Bu il CO2 tullantılarının həcmi rekord həddə çatacaq
Noy 14, 2022 | 09:47 / Maraqlı məlumatlar
Oxunub 785 dəfə

Verilmiş məlumata əsasən kömür, neft və qazdan istifadə göstəricilərinin yüksəlməsi səbəbilə bu ilin yekun nəticələrinə əsasən CO2 tullantılarının həcmi rekord həddə çatacaq. Məlumatda qeyd edilib ki, pandemiya çərçivəsində müəyyən müddət ərzində durğunluq yaşamış dünya iqtisadiyyatının yenidən yavaş-yavaş dirçəlməsi də CO2 tullantılarının həcmini yüksəldib. Bu barədə məlumatı Global Carbon Project adlı təşkilat öz yeni hesabatında təqdim edib. Aparılmış tədqiqatlara əsasən bu il üzrə CO2 tullantılarının həcmi 1% artaraq 37.5 milyard ton təşkil edəcək.

CO2 tullantıları daha çox ABŞ ilə Hindistanda müşahidə edilir. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar olan məhdudiyyətlərdən sonra məhz bu ölkələrdə iqtisadi aktivlik və hava daşınmaları miqyası sürətlə genişlənib. Alimlər qeyd ediblər ki, 2016-cı ildən bu ilə kimi ilk dəfə olaraq Çində CO2 tullantıları 0.9% aşağı düşüb. Avropa Birliyi ölkələrində kömür istifadəsinin yüksəlməsi öz növbəsində təbii qazın istifadəsinin aşağı düşməsi ilə kompensasiya edilib. “2050-ci ildə tullantısız vəziyyətə çatmaq üçün hər il ümumi CO2 tullantılarını 1.4 milyard ton aşağı salmaq lazımdır” - deyə mütəxəssislər qeyd ediblər.

technote.az

JURNALLAR
Faydalı linklər