Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi beynəlxalq konfransda iştirak etmişdir
Okt 31, 2022 | 11:44 / Konfranslar, iclaslar
Oxunub 2783 dəfə

25-28 oktyabr 2022-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “Молодежь в науке – 2022” gənc alimlərin XIX Beynəlxalq elmi konfransı keçirilmişdir. AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, İnstitutumuzun aparıcı elmi işçisi, kimya üzrə fələsfə doktoru Elmir Babayev beynəlxalq konfransda iştirak etmişdir. Belarus Milli Elmlər Akademiyasında (BMEA) baş tutan konfransın açılışında gənc alim çıxış nitiqi ilə tədbir iştirakçılarını salamlamış və proqramın fəaliyyətinə uğurlar diləmişdir. Konfrans çərçivəsində Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) Gənc Alimlər Şurasının (GAŞ) dəyirmi masası təşkil olunmuşdur. MAAN GAŞ-ın üzvü və Azərbaycan təmsilçisi kimi dəyirmi masada Elmir Babayev də iştirak etmişdir.

Gənc alim konfransın proqramına uyğun olaraq keçirilən müvafiq sessiyalara qoşulmuşdur. Səfər çərçivəsində BMEA-nın nəzdində yer alan kimya institutlarında qonaq olan E.Babayev laboratoriyalarla tanış olmuş və gələcək birgə elmi əməkdaşlıqlara dair müzakirələr aparmışdır.

JURNALLAR
Faydalı linklər