Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Okt 27, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 2802 dəfə

27.10.2022-ci il tarixində Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 13-ü (əyani formada) iştirak etmişdir. İclasda İnstitutun dissertantı Şabanova Zümrüd Abdulmütəllib qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi Modifikasiya olunmuş seolitlər üzərində spirtlərin və naften karbohidrogenlərinin oksidləşdirici çevrilməsinin elmi əsaslarımövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, k.e.d., professor İslam Mustafayev; Bakı Dövlət Universitetinin prof., k.e.d. Eldar Əhmədov; akademik Y.Məmmədəliyev adına NKPİ-nin, k.e.d., professor Səfa Abasov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru., k.e.d. Vaqif Bağıyev iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Zümrüd Şabanovanın elmi məsləhətçisi akademik Ağadadaş Əliyev iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədr müavini AMEA-nın müxbir üzvü, k.e.d., professor Məhəmməd Babanlı tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər