Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məktəblilər üçün “açıq qapı” günü keçirilmişdir
Okt 24, 2022 | 16:00 / Görüşlər
Oxunub 2350 dəfə

Bakı şəhəri  Sabunçu rayonu 74 saylı orta məktəbin 9-cu sinif şagirdləri İnstitutun “Analitik kimya”, “Nanoelektrokimya və elektrokataliz”, “Monook­sigenaz  reaksiyalarının  modelləşdirilməsi”, “Keçid   elementlərinin    xalkogenidləri”  və “Metal-üzvi  birləşmələr  əsasında  nanokatalizatorlar”  laboratoriyalarında  mövcud olan qurğu və müasir cihazlarla tanış oldular. “Analitik kimya” laboratoriyasının əməkdaşları tərəfindən kimya gecələri üçün nəzərdə tutulan maraqlı reaksiyalar şagirdlərə əyani şəkildə göstərildi. Şagirdlər çox maraqlı bidistillə suyun alınması qurğusu, axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiya­larının aparıldığı qurğu ilə ətraflı tanış oldular. Spektrofotometr, atom-absorbsiya və xromatoqraf cihazlarının iş prinsipi haqqında müəyyən məlumat aldılar.

JURNALLAR
Faydalı linklər