Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Belçikada beynəlxalq simpoziumda iştirak etmişdir.
Okt 18, 2022 | 14:41 / Konfranslar, iclaslar
Oxunub 2035 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova 12-14 oktyabr 2022-il tarixində Belçikanın Blankenberq şəhərində keçirilmiş “Chemical Research in Flanders - Chemistry Conference for Young Scientists” (CRF-ChemCYS) beynəlxalq simpoziumda iştirak etmiş, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun HORİZON 2020 proqramı çərçivəsində Belçikanın, Almaniyanın, Niderlandın, İngiltərənin, Fransanın və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of reaction conditions on the phase composition, magnetic and catalytic properties of MnOx-Na2WO4/SiO2 oxide system for oxidative conversion of methane” və  “Reactions of free radicals in catalytic oxidative conversion of methane based on in situ EPR/MS data” məruzələri ilə çıxış etmiş, forum müddətində Avropanın forumda iştirak edən bir sıra aparıcı üniversitetlərinin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparmışdır.

 

JURNALLAR
Faydalı linklər