Xəbərlər
“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib
Okt 15, 2022 | 15:00 / Mühüm hadisələr
Oxunub 900 dəfə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 597) 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 oktyabr 2022-ci il

President.az

JURNALLAR
Faydalı linklər