Xəbərlər
Foto
İnstitutun əməkdaşı Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
Okt 14, 2022 | 11:02 / Konfranslar, iclaslar
Oxunub 2373 dəfə

3 saylı laboratoriyanın elmi işçisi Sevinc Javadova 11-13 oktyabrda Türkiyənin Ağrı vilayətində keçirilən “6th International Conference on Advances in Natural and Applied Sciences” konfransında “Influence of Current Density on the Composition of Sb-Se Thin Films” adlı məruzə ilə onlayn formatda çıxış etmişdir.

Məruzə susuz elektrolitdən Sb-Se yarımkeçirici nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə və alınan təbəqələrin tərkibinə əsas amillərin təsirinə həsr edilmişdir. Optimal elektrolit tərkibini və elektroliz rejimini müəyyənləşdirmək üçün üzvi elektrolitdən çökdürülmüş Sb-Se nazik təbəqələrinin tərkibinə elektrolitin tərkibinin, temperaturun, cərəyan sıxlığının və s. təsiri öyrənilmişdir. Əldə edilən nəticələr göstərir ki, H2SeO3 qatılığının artması ilə alınan təbəqələrdə molibdenin miqdarı azalır. Elektroliz müddətinin artması çökən təbəqələrin tərkibinə müsbət təsir göstərir. Cərəyan sıxlığından asılı olaraq, çökdürülmüş təbəqələrin tərkibində sürmənin miqdarı artır və yüksək keyfiyyətli örtüklər 0,19 mA/sm2 cərəyan sıxlığında əmələ gəlir. Çöküntülərdə sürmə və selenin miqdarı müvafiq olaraq 48,8% və 51,2% təşkil edir (stexiometrik tərkibi 50,73% Sb və 49,27% Se).

JURNALLAR
Faydalı linklər